Şəhidin anası çətin durumdadır — Qurumlardan kömək istədi
21 Aprel 2025, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
7144
27.03.2023, 12:21
Ucar rayonu Qulabənd kənd sakini Əhmədov Ramil İbrahim oğlu ona məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi və saxta xəritənin tərtib edilməsi şikayəti ilə Oxu24.com saytına müraciət edib.
Kənd sakini bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi vəzifə səlahiyyətindən sui-istifadə edərək onlara qarşı qanunsuzluq etmək istəyir.
"Bizim ailəyə Əhmədov Ramil İbrahim oğluna, Əhmədova Rəhilə Mirsaab qızına, Əhmədov Seymur İbrahim oğluna, Əhmədov Elçin İbrahim oğluna, Əhmədova Könül İbrahim qızına JN-194, KOD 90408018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Ucar rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1997-ci il tarixli qərarı ilə Ucar rayonunun Qulabənd kəndində 4.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi pay verilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi tərəfindən 4.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrndə çıxarışla rəsimləşdirilib.Ancaq plan və ölçü (texniki pasport) sənədinin verilməsindən isə imtina edilir.
Əsas kimi isə qeyd edilir ki, mübahisə olduğu üçün məhkəməyə müraciət edilməlidir.Buna görə biz məhkəməyə müraciət etmişik hazırda iş Şəki İnzibati Məhkəməsinin icraatındadır.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinin rəisi Qərib Həsənov bizə bildirdi və elektron bazada həmçinin göstərdi ki, sizə məxsus 4.12 ha torpaq sahəsinin müəyyən hissəsi qonşu tərəfindən zəbt edilib.Hətta biz həmin elektron bazada olan sxemi əldə etmişik.Bundan bir ay sonra Qərib Həsənov məni çağırıb dedi ki, yuxarıdan tapşırıq var mən elekton bazada düzəliş etməliyəm ki, qonşu Əhmədov Anar Nizam oğlu sizin torpağı zəbt etməyib.
Mən bunun qanunsuzluq olmasını Qərib Həsənova dedikdə o mən neynim Anar Əhmədov çox şikayət edir, yuxarıdan tapşırıq verilib ki, nə edirsiniz edin elektron bazada düzəliş edib Anar Əhmədovun xeyrinə həll edin.Buna görə də elektron bazada qanunsuz saxtakarlıq aparılaraq bizim torpağı illərlə əkilməyən yararsız şoran sahəyə sürüşdürüblər.
Bu açıq-aşkar qanunsuzluqdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi və baş idarədə kimdirsə bizə qarşı edir.
Bunu təsdiq edən konkret və mötəbər sübutlar var.Buna görə Əmlak Məsələləri Dövlət Komitəsindən nümayəndələr göndərilməli yerində bizim iştirakımızla araşdırma aparılıb qanunu tədbir görülməlidir."
Qeyd edim ki, türklər tərəfindən hazırlanmış elekton kadastr planında bizə məxsus 4.12 ha torpaq sahəsi düzgün qeyd edilib bazaya otuzdurulub.Ancaq Qərib Həsənov vəzifəsindən sui-istifadə edərək elktron bazada saxtakarlıq edib torpaq sahəmizi əkilməyən yararsız şoran sahəyə sürüşdürülüb..Buna görə şikayət ərizəmin Bakıdan ezam olunmuş mütəxəsislər tərfindən müasir aparatlar vasitəsi ilə ölçülməli obyektiv həqiqiətin üzə çıxarılamsı üçün qanunu tədbirlər görülməlidir.
Həmçinin oxuyun
(Sonradan saxtalaşdırılmış xəritə-sxem)
Oxu24.com vətəndaşın iddiaları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbəri Qərib Həsənovla əlaqə saxlayıb. Onun sözlərinə görə, hər iki tərəflə dəfələrlə görüşlər təşkil ediblər.
"Qeyd olunan problemlə bağlı bizə dəfələrlə müraciət ediblər.Biz də görüşlər təşkil etmişik.Saxta xəritə iddiasına isə cavab olaraq bildirirəm ki, mən xəritə çəkmirəm. O işdən də xəbərim yoxdur",- deyə idarə rəisi bildirib.
Oxu24.com şikayətdə adı hallanan qarşı tərəf Anar Əhmədovla da əlaqə saxlayıb.
Anar Əhmədov qonşunun torpağına az miqdarda girdiyini etiraf etsə də,problemin o tərəfindən həll olunmalı olmadığını bildirib.
"Mənim əlimdə texniki çıxarış var.Uzun müddətdir ki,həmin sənədlə torpağımı əkirəm.Həmin şəxsin torpağından çox az bir hissə mənim tərəfə düşüb.Qalan böyük hissə isə başqa adamın yerində qalıb.Getsinlər problemlərini özləri həll etsinlər.",- deyə Anar Əhmədov bildirib.
Oxu24.com məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə jurnalist sorğusu ünvanlayıb.
Hazırladı: Miri Məcidli
12:22 / 22 Aprel 2025
Pənah Rüstəm vəfat edib
1
12:20 / 22 Aprel 2025
Sabah hava necə olacaq?
1
12:01 / 22 Aprel 2025
Zelenski dəfnə gedir
13
11:58 / 22 Aprel 2025
Trampdan şok açıqlama: Yaxın 3 gündə nə olacaq?
18
11:42 / 22 Aprel 2025
ABŞ-Çin qarşıdurması dərinləşir
22
11:41 / 22 Aprel 2025
Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK – VACİB XƏBƏR
130
11:40 / 22 Aprel 2025
Macarıstan səssiz qalmaq istəyir
26
11:35 / 22 Aprel 2025
Qəzza üçün yeni sülh planı
22
11:25 / 22 Aprel 2025
Ərdoğanın oğlu Rusiya haqqında nə deyib? — Müsahibəsindən çıxarış
109
11:21 / 22 Aprel 2025
Göldən ata və iki azyaşlı övladının meyiti tapılıb
36
11:20 / 22 Aprel 2025
Bakıda qətl hadisəsi - Keçmiş məhkum tutuldu
33
11:15 / 22 Aprel 2025
Rusiyada sürücü ilə polis əlbəyaxa oldu — VİDEO
84
10:56 / 22 Aprel 2025
Kabab bişirirdilər,maşınlar yandı — VİDEO
66
10:54 / 22 Aprel 2025
Ata həyatını itirdi,oğlu yaralandı
38
10:52 / 22 Aprel 2025
Bakıda Yanaya qarşı əxlaqsızlıq edən sürücü həbs olundu
108
10:43 / 22 Aprel 2025
Allahın payı sanaraq Allahverdi adını veriblər — Milli Qəhrəmanın doğum günüdür
65
10:34 / 22 Aprel 2025
Kolleclərə yeni təyinatlar olub
38
10:32 / 22 Aprel 2025
Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
384
10:30 / 22 Aprel 2025
"Cəmiyyətimizdə çox vaxt qadınlar həmcinslərinə rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür" — Psixoloqla müsahibə
3635
10:16 / 22 Aprel 2025
31 min manat oğurlanıb
38
10:10 / 22 Aprel 2025
Tərbiyəsiz onun özüdür
41
10:00 / 22 Aprel 2025
Uşaqları öpərkən diqqətli olun
45
09:59 / 22 Aprel 2025
Güclü partlayış: Həyatını itirən var
970
09:50 / 22 Aprel 2025
“Həyat yoldaşımdan ayrılmaq istəyirdim”
42
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.